Əziz həmvətənlər, hörmətli dostlar! 

  Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunun rəsmi internet səhifəsində Sizləri salamlamaqdan duyduğum məmnuniyyət hissini  ifadə etmək istərdim.

    Burada Sizə Azərbaycan-Qazaxıstan münasibətlərinin səciyyəsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın tarixi və mədəniyyəti, Baş Konsulluğun gündəlik fəaliyyəti, konsulluq xidməti və digər məsələlər haqqında məlumatlar təqdim edilir. Əgər Sizin əlavə suallarınız olarsa, bizə müraciət edə bilərsiniz.

Ümidvaram ki, bu səhifə Baş Konsulluğumuzun fəaliyyəti haqqında lazımi məlumatları əldə etməkdə Sizlər üçün faydalı olacaq.

Baş konsulluq



--------------------------------------------------------------------------------------------------------------------------------------------